Dünyanın ən dayanıqlı 100 şirkətinin illik reytinqi açıqlanıb – Siyahı


Davosda keçirilən Dünya İqtisadi Forumunda Kanadanın “Corporate Knights” tədqiqat şirkəti dünyanın ən dayanıqlı 100 ictimai korporasiyasının illik reytinqini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, illik gəliri 1 milyard dollardan çox olan şirkətləri əhatə edən bu siyahı 2005-ci ildən bəri hazırlanır və dayanıqlı inkişaf sahəsində ən nüfuzlu qlobal reytinqlərdən biri hesab olunur.
“Corporate Knights” analitikləri reytinqi tərtib edərkən əvvəlcə müəyyən tələblərə cavab verən şirkətləri seçirlər. Bu şirkətlər əsas ekoloji göstəricilər üzrə açıq hesabatlar dərc etməli, maliyyə baxımından sabit olmalı, ildə 1 milyard dollardan çox gəlir əldə etməli və ciddi hüquqi cərimələrə və ya ətraf mühit pozuntularına yol verməməlidirlər. Kömür və neft hasilatı, nüvə enerjisi istehsalı, meşələrin qırılması, silah və tütün istehsalı ilə məşğul olan şirkətlər reytinqə daxil edilmir.
Seçilmiş şirkətlər 25 müxtəlif göstərici əsasında qiymətləndirilir. 2026-cı il reytinqində metodologiya yenilənib və artıq əsas diqqət üç balanslaşdırılmış göstəriciyə yönəlib. Bunlara dayanıqlı investisiyaların payı, dayanıqlı gəlirlərin ümumi gəlirdə payı və 2022–2024-cü illər ərzində bu gəlirlərin artım tempini əks etdirən “impuls” göstəricisi daxildir.
“Corporate Knights” bildirir ki, bu yanaşma dayanıqlı biznes modelinə sürətlə keçən şirkətləri daha dəqiq müəyyən etməyə imkan verir və yeni metodologiya reytinqin nəticələrinə ciddi təsir göstərib.
2026-cı il reytinqinin ilk onluğunda əsasən bərpa olunan enerji, nəqliyyat, biotexnologiya və texnoloji həllər üzrə fəaliyyət göstərən şirkətlər yer alıb. Siyahıya ABŞ ən çox şirkətlə daxil olub. Çin siyahıda şirkət sayına görə ikinci yerdə olsa da, bu ölkədən olan şirkətlər ilk onluğa düşə bilməyib. Reytinqdə Rusiya şirkətləri yer almayıb. Siyahıda Kanada, Fransa, Avstraliya, Türkiyə, Hindistan, Yeni Zelandiya və Honkonqdan olan şirkətlər də təmsil olunub.
“Corporate Knights” “Global 100” reytinqinə daxil olan şirkətləri təqdim edirik:
ERG SpA (İtaliya);
Pandora A/S (Danimarka);
EDP Renovaveis SA (İspaniya);
Fluence Energy, Inc (ABŞ);
Taiwan High Speed Rail Corp (Tayvan);
DaVita Inc (ABŞ);
Rivian Automotive, Inc (ABŞ);
Novonesis A/S (Danimarka);
Orsted A/S (Danimarka);
Suzlon Energy Ltd (Hindistan);
Meridian Energy Ltd (Yeni Zelandiya);
Sungrow Power Supply Co Ltd (Çin);
NKT A/S (Danimarka);
BCE Inc (Kanada);
GEM Co Ltd (Çin);
DexCom Inc (ABŞ);
Xinyi Solar Holdings Ltd (Çin);
Getlink SE (Fransa);
Wheaton Precious Metals Corp (Kanada);
XPeng Inc (Çin);
Telus Corp (Kanada);
Severn Trent PLC (Birləşmiş Krallıq);
Brambles Ltd (Avstraliya);
Acciona SA (İspaniya);
Nordex SE (Almaniya);
Equinix Inc (ABŞ);
Verbund AG (Avstriya);
Unibail-Rodamco-Westfield SE (Fransa);
Li Auto Inc (Çin);
Nio Inc (Çin);
Contemporary Amperex Technology Co Ltd (Çin);
SMA Solar Technology AG (Almaniya);
WSP Global Inc (Kanada);
Cascades Inc (Kanada);
Industria de Diseño Textil SA (İspaniya);
Eisai Co Ltd (Yaponiya);
Dassault Systemes SE (Fransa);
LG Energy Solution Ltd (Cənubi Koreya);
Turkiye Sinai Kalkinma Bankasi (Türkiyə);
Schneider Electric SE (Fransa);
Xylem Inc (ABŞ);
Ecolab Inc (ABŞ);
Zhejiang Leapmotor Technology Co Ltd (Çin);
Gotion High-tech Co Ltd (Çin);
Arçelik AS (Türkiyə);
Sims Ltd (Avstraliya);
Tesla Inc (ABŞ);
Vestas Wind Systems A/S (Danimarka);
Voltronic Power Technology Corp (Tayvan);
Kesko Oyj (Finlandiya);
Novo Nordisk A/S (Danimarka);
MLS Co Ltd (Çin);
Nvidia Corp (ABŞ);
Kone Oyj (Finlandiya);
Enviri Corp (ABŞ);
Castellum AB (İsveç);
Alstom SA (Fransa);
Giant Manufacturing Co Ltd (Tayvan);
Enphase Energy Inc (ABŞ);
Yadea Group Holdings Ltd (Çin);
Vonovia SE (Almaniya);
Franco-Nevada Corp (Kanada);
Seres Group Co Ltd (Çin);
Cellnex Telecom SA (İspaniya);
Steel Dynamics Inc (ABŞ);
Sun Life Financial Inc (Kanada);
SalMar ASA (Norveç);
NatWest Group PLC (Birləşmiş Krallıq);
City Developments Ltd (Sinqapur);
Puma SE (Almaniya);
Cisco Systems Inc (ABŞ);
TCC Group Holdings Co Ltd (Tayvan);
BNP Paribas SA (Fransa);
Kering SA (Fransa);
LG Chem Ltd (Cənubi Koreya);
BorgWarner Inc (ABŞ);
Prologis Inc (ABŞ);
Commercial Metals Co (ABŞ);
Telefonica Brasil SA (Braziliya);
Nokia Oyj (Finlandiya);
Telefonaktiebolaget LM Ericsson (İsveç);
MMG Ltd (Avstraliya);
P/F Bakkafrost (Farer adaları);
Telefonica SA (İspaniya);
SAP SE (Almaniya);
Lenovo Group Ltd (Honkonq);
Ricoh Co Ltd (Yaponiya);
McCormick & Company Inc (ABŞ);
Autodesk Inc (ABŞ);
Darling Ingredients Inc (ABŞ);
Neste Oyj (Finlandiya);
Atea ASA (Norveç);
Banco do Brasil SA (Braziliya);
AsusTek Computer Inc (Tayvan);
Celestica Inc (Kanada);
Vitasoy International Holdings Ltd (Honkonq);
Taiwan Semiconductor Manufacturing Co Ltd (Tayvan);
Unilever PLC (Birləşmiş Krallıq);
IGM Financial Inc (Kanada);
HP Inc (ABŞ).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top