
Baş naziri Pedro Sançes İspaniyanın Qəzza Sülh Şurasından imtina etmək qərarını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir bildirib ki, bu mövqe Madridin çoxtərəfli qaydalara, beynəlxalq hüquqa və BMT sisteminə sadiqliyini əks etdirir.
“Unutmayaq ki, Fələstinin gələcəyini bütövlükdə fələstinlilər müəyyən etməlidirlər”, - Sançez əlavə edib.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimi keçirilib. Nizamnamə 19 ölkənin nümayəndələri tərəfindən imzalanıb. Tramp digər dövlətlərin də təşkilata qoşulduğunu elan edib. Sülh Şurası Qəzza zolağını idarə etmək üçün yaradılıb, lakin onun digər regionlardakı münaqişələrin qarşısını almaq və həll etmək üçün də fəaliyyət göstərəcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz