Belarusdan Azərbaycana 1 milyon ədəd quduzluq virusu antigeni gətirilir


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqənin qalibi Yusifov Naib Mahal oğlu olub.
Naib Yusifov AQTİ-nin sifarişi əsasında blisterdə qablaşdırılmış 1 milyon ədəd quduzluq virusu antigenini Belarusdan Azərbaycana daşıyacaq. Daşınacaq yükün ümumi çəkisi 2 175 kiloqram olacaq. AQTİ bu xidmətin qarşılığında Naib Yusifova 7 820 manat ödəyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top