TƏBİB bu şəxslərdən 1,65 milyon manata ofis icarəyə götürüb


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 2 fiziki şəxsdən – Liftiyev Fərid Firudin oğlundan (VÖEN – 1006280702) və İsmixanlı Rüfət Sərdar oğlundan (VÖEN – 1008173362) qeyri-yaşayış sahəsi icarəyə götürüb.
Yeniavaz.com
xəbər verir ki, TƏBİB tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında obyekt sahibləri ilə müqavilələr imzalayıb.
Qeyd edək ki, TƏBİB son 3 ildir bu şəxslərlə analoji müqavilələr imzalayır. Daha əvvəl icarəyə götürülən obyekt Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov küçəsi 206A ünvanında yerləşən, ümumi sahəsi 10 175,5 kv.m olan, 20 mərtəbəli qeyri-yaşayış binası (“Capital Towers” biznes mərkəzi) olub. TƏBİB-in hazırda fəaliyyət göstərdiyi ünvan da “Capital Towers” biznes mərkəzində yerləşir.
TƏBİB bir illik icarə haqqı olaraq Fərid Liftiyevə və Rüfət İsmixanlıya 1 milyon 650 min manat ödəyəcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top