
ABŞ Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) üzvlüyünə rəsmi olaraq son qoyub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin təşkilata təxminən 260 milyon dollar borcu qalır.
Agentliyin məlumatına görə, Ümumdünya Səhiyyə Assambleyası may ayında bu məsələnin həlli üçün hüquqi variantları müzakirə etməyi planlaşdırır.
Qeyd edək ki, 20 yanvar 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp digər ölkələrlə müqayisədə qeyri-mütənasib yüksək üzvlük haqqını əsas gətirərək, ABŞ-nin ÜST-dən çıxması barədə sərəncam imzalayıb.
“Bloomberg”in məlumatına görə, Vaşinqton təşkilatı maliyyələşdirməyi dayandırmaqla yanaşı, əlaqəli işçi qruplarında da iştirakını dayandırıb. Nəticədə, ABŞ ÜST-dəki nümayəndələrini geri çağırıb.
Qeyd edək ki, ABŞ-nin ÜST-dən çıxması prosesi Trampın ilk səlahiyyət müddəti ərzində başlayıb. 29 may 2020-ci ildə o, ölkənin təşkilatla əlaqələrini tamamilə dayandırmaq niyyətində olduğunu açıqlayıb və onu Çinin tam nəzarəti altına düşməkdə ittiham edib. Daha sonra ABŞ 6 iyul 2021-ci il tarixindən etibarən BMT-yə ÜST-dən çıxması barədə məlumat verib. Keçmiş ABŞ prezidenti Co Bayden isə vəzifəyə başladığı ilk gündə bu qərarı ləğv edən sərəncam imzalayıb.
Tətbiqimizi yükləyə bilərsiniz