
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Davosda görüş keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlar təxminən bir saat davam edib, o cümlədən qısa təkbətək görüş keçirilib. Kiyev görüşü “yaxşı” adlandırıb.
Tramp öz növbəsində jurnalistlərə bildirib ki, danışıqlar prosesi davam edir və görüləsi çox iş var:
“Sabah Rusiya ilə, Prezident Putinlə (Rusiya Prezidenti Vladimir - red.) görüşümdür. Zelenski ilə yaxşı görüşüm oldu. Hamı müharibənin bitməsini istəyir”.
Hər iki tərəf görüşün məzmunu ilə bağlı şərh verməyib.
Davos forumundan öncə, Tramp və Zelenskinin Ukrayna üçün ölkənin müharibədən sonrakı iqtisadiyyatına 800 milyard dollarlıq investisiya qoyuluşunu nəzərdə tutan “rifah planı” imzalayacağı gözlənilirdi. Lakin imzalanma sonda təxirə salınıb.
Tətbiqimizi yükləyə bilərsiniz