Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı


Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsində Ermənistan-Ukrayna oyununa təyinat alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, Qafarlı oyunda "timekeeper" kimi hakimlər briqadasına daxil olacaq.
Oyunun əsas hakimi Nikola Mansione (İtaliya) olacaq. Ona ikinci hakim Kyara Perona (İtaliya), üçüncü hakim Done Ristovski (Makedoniya), dördüncü hakim Maryan Mladenovski (Makedoniya) kömək edəcək.
Qeyd edək ki, oyun bu gün yerli vaxtla saat 19:00-da Litvanın Kaunas şəhərində Jalqiris Arenasında baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top