“Naim-S” Şirkəti”nin yerləşdiyi obyekt müsadirə olunub hərraca çıxarıldı – Fotolar


Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, ev 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 996,6 kvadratmetrə bərabərdir. 20 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 1 milyon 200 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə “Naim-S” Şirkəti (VÖEN – 1600224731) fəaliyyət göstərib. Obyektin yerləşdiyi ünvan eyni zamanda “Naim-S” Şirkətinin hüquqi ünvanıdır. Qanuni təmsilçisi Ələkbərov Maarif Süleyman oğlu olan şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
Açıq mənbələrdə yer alan məlumatlardan belə görünür ki, “Naim-S” Şirkəti mütəmadi olaraq Türkiyənin məşhur “Petas Makina” şirkətinin istehsal etdiyi avadanlıqları Azərbaycana idxal edib. 1963-cü ildən fəaliyyət göstərən “Petas Makina” Türkiyədə avtomobil xidməti avadanlıqlarının ilk istehsalçısı kimi tanınır. Şirkət 2010-cu ildən etibarən qatar, aviasiya və sənaye texniki xidmət avadanlıqları sektorlarında da fəaliyyətə başlayıb.





Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top