“Barselona” ÇL-də tarixi anti-rekorda imza atdı


“Barselona” UEFA Çempionlar Liqası tarixində ilk dəfə ardıcıl 10 oyunda qol buraxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OptaJose” “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda “Barselona” “Slaviya”nı 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hazırda “Barselona” 13 xalla Çempionlar Liqasının turnir cədvəlində doqquzuncu, “Slaviya Praqa” isə 3 xalla 34-cü yerdədir.
Kataloniyalılar ümumi turnirdə növbəti oyununu yanvarın 28-də “Kopenhagen”ə qarşı keçirəcək.
“Slaviya Praqa” isə eyni gün “Pafos”la üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR

Top