
Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunun keçirildiyi Davosa yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “European Pravda” qəzeti Zelenskinin ofisinin müşaviri Dmitri Litvinə istinadla məlumat yayıb.
Bildirilib ki, Ukrayna Prezidenti Davosda ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Qeyd edək ki, yanvarın 21-də Tramp Davos Forumunda Zelenski ilə görüşəcəyini bildirmiş, lakin Amerika liderinin mətbuat xidməti daha sonra danışıqların 22 yanvar cümə axşamı günü baş tutacağını qeyd etmişdi.
Xatırladaq ki, bundan əvvəl Ukrayna lideri Davos forumunda iştirak etməyəcəyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz