Tramp qrenlandiyalıların səslərini 1 milyon dollara almaq istəyir


ABŞ Prezidenti Donald Tramp Qrenlandiya vətəndaşlarının ABŞ-yə qoşulmaq üçün səs verəcəkləri təqdirdə hər birinə 1 milyon dollar ödəmək təklifini nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, Tramp Qrenlandiyanın 57 min sakininin hər birinə 1 milyon dollarlıq ödənişi adanın ilhaq edilməsi üçün vasitələrdən biri kimi görür.
Ancaq nəşr bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabr ayında vəzifəyə başlayandan bəri dəfələrlə ABŞ-nin milli təhlükəsizlik məsələləri ilə əlaqədar Qrenlandiyaya ehtiyacı olduğunu bildirib. Davosda keçirilən Dünya İqtisadi Forumunda o, Vaşinqtonun ərazinin alınması ilə bağlı dərhal danışıqlar aparmaq istədiyin bildirib. Ağ Ev rəhbəri ABŞ-nin adada “Qızıl Günbəz” raketdən müdafiə sistemi qurmaq və təhlükəli düşmənləri çəkindirmək istədiyini qeyd edib. Digər tərəfdən, yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyəcəyinə söz verib.

DİGƏR XƏBƏRLƏR

Top