“Siti” uduzduğu oyuna görə azarkeşlərin pulunu qaytaracaq


İngiltərənin“Mançester Siti” klubunun futbolçuları azarkeşlərə Norveçin “Budyo-Qlimt” komandasına qarşı səfər oyununa baxmaq üçün ödədikləri biletlərə görə kompensasiya ödəmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, səfər oyununun biletlərinin qiyməti 25 funt sterlinq olduğu üçün, “Mançester Siti” oyunçuları ümumilikdə 9357 funt sterlinq ödəməli olacaqlar.
“Azarkeşlərimiz bizim üçün hər şey deməkdir. Biz azarkeşlərimizin evdə və səfərdə bizi dəstəkləmək üçün dünyanı gəzərək, göstərdikləri fədakarlığı bilirik və bunu heç vaxt adi hal kimi qəbul etməyəcəyik. Onlar dünyanın ən yaxşı azarkeşləridir. Həmçinin, başa düşürük ki, meydandakı bu çətin axşamda bizi dəstəkləyən azarkeşlər çox səyahət etməli oldular. Budyoya gələn azarkeşlərin bilet xərclərini ödəmək onlar üçün edə biləcəyimiz ən az şeydir”, - deyə BBC komandanın oyunçularına istinadla bildirib.
Qeyd edək ki, oyun yanvarın 20-də baş tutub və “Budyo-Qlimt” komandasının 3-1 hesablı qələbəsi ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top