Ronaldo karyerasının 960-cı qolunu vurdu


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo karyerasının 960-cı qolunu vurub.
Yeniavaz.com
xəbər verir ki, o, Səudiyyə Ərəbistanı Premyer Liqasının 17-ci turunda “Damak”la oyunda qol vurub.
Belə ki, portuqaliyalı hücumçu 50-ci dəqiqədə Joau Feliksin ötürməsi ilə fərqlənib.
Matç “Əl-Nəsr”in 2-1 hesablı qələbəsi ilə başa çatıb və Ronaldonun qolu qələbə qolu olub.
Hazırda “Əl-Nəsr” klubu 16 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 37 xalla üçüncü yerdədir.
Qeyd edək ki, Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 900 qola çatan ilk futboçudur. O, beş Çempionlar Liqası, 2016-cı il Avropa çempionatı və iki UEFA Millətlər Liqası titulunu qazanıb.
Digər tərəfdən, Ronaldo 2006-cı ildən 2022-ci ilə qədər ardıcıl beş Dünya Kubokunda qol vuran yeganə oyunçu olaraq qalır. Hazırkı seçmə mərhələ onun turnirin final mərhələsində yeddinci çıxışı olacaq və Portuqaliya artıq turnirə uğurla vəsiqə qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top