PSJ futbolçusu Hernandez insan alverində ittiham olunur


“Paris Saint-Germain” klubunun müdafiəçisi Lukas Hernandez və həyat yoldaşı insan alveri və qanunsuz məşğulluqda ittiham olunurlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Paris-Match” məlumat yayıb.
Bildirilib ki, şikayət cütlük üçün rəsmi sənədlər olmadan işləyən beş Kolumbiya vətəndaşından ibarət ailə tərəfindən Versal prokurorluğuna təqdim edilib. Nəşrin məlumatına görə, ailə üzvləri mühafizəçi, ev işçisi, aşpaz və dayə kimi çalışırdılar.
Qeyd edək ki, 29 yaşlı Hernandez 2023-cü ilin yayından bəri PSJ-də oynayır. Komanda ilə müdafiəçi üç dəfə Fransa Super Kubokunu, iki dəfə Fransa Liqası və Fransa Kubokunu, hər biri bir dəfə Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb. Karyerası ərzində o, həmçinin “Bayern Münhen” və “Atletiko Madrid”də də oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top