Yer kürəsində 42 saat davam edən maqnit fırtınası başa çatdı


2026-cı ilin ilk “X” sinifli partlayışından sonra 19 yanvar axşamı Yer kürəsində başlayan və 42 saat davam edən maqnit fırtınası başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
İnstitutun məlumatına görə, Yerin maqnit sahəsinin pozulma dərəcəsi “sakit” səviyyədədir.
Qeyd edək ki, maqnit fırtınası 19 yanvar axşamı başlayıb və gecə ərzində G4 intensivliyinə çatıb. 

DİGƏR XƏBƏRLƏR

Top