“ABŞ-nin heç kimin bilmədiyi silahları var” − Tramp


ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ dünyanın qalan hissəsinə məlum olmayan silahlara malikdir.
Yeniavaz.com
xəbər verir ki, bunu Tramp “NewsNation”a verdiyi müsahibədə bir jurnalistin Venesuelada hərbi əməliyyat zamanı səs silahından istifadə edildiyi iddiasını şərh edərkən bildirib.
“Bizim heç kimin bilmədiyi silahlarımız var. Yəqin ki, onlar haqqında heç kimə deməmək yaxşı olardı, amma bizim bəzi heyrətamiz silahlarımız var”, - Tramp bildirib.
O, sözügedən silahlarla bağlı heç bir detal açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top