
Sabah Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonu M.Şərifzadə küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Qobustan qəsəbəsi ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi, eləcə də Yasamal rayonu M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə sabah 10:00-dan etibarən bəzi ərazilərə qazın verilişi dayandırılacaq.
Qeyd olunub ki, işlər başa çatdırıldıqdan sonra qaz təchizatı bərpa olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz