
“Ermənistan və Azərbaycanın enerji sistemləri mütləq bir-biri ilə əlaqəli olacaq”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı TRIPP layihəsi ilə bağlı şərhində bildirib.
“İki tərəf eyni şərtlər altında qarşılıqlı olaraq idxal və ixrac imkanlarından yararlanacaq”, - Paşinyan deyib.
TRIPP layihəsinin faydalarından danışan baş nazir qeyd edib ki, artıq müəyyən nəticələr əldə edilib, o cümlədən təchizat və benzinin qiymətlərinin aşağı salınması, eləcə də Azərbaycan vasitəsilə taxıl idxalı.
Tətbiqimizi yükləyə bilərsiniz