“Azərbaycandan dizel idxalı Ermənistan iqtisadiyyatına müsbət təsir göstərir”


“Azərbaycandan dizel yanacağının idxalı, eləcə də maye qazın mümkün idxalı artıq Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vaqe Ovanisyan bildirib.
Bununla yanaşı, nazir “Tramp marşrutu” layihəsinin Ermənistanın ÜDM-nə nə qədər təsir edəcəyini deməkdə çətinlik çəkdiyini qeyd edib. Onun sözlərinə görə, hazırda “Tramp marşrutu” layihəsinə investisiya həcmi və ya “Tramp marşrutu” layihəsinin potensial təsiri barədə heç bir məlumatı yoxdur, çünki bu, layihələndirmə mərhələsində və ya bu mərhələ tamamlandıqdan sonra məlum olacaq.
Qeyd edək ki, keçən ilin dekabr ayında (18 dekabr) Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə 1220 ton Aİ-95 markalı benzin ixrac olunub. Yanvarın əvvəlində isə (9 yanvar) Azərbaycan Ermənistana yeni neft məhsulları partiyası – 1742 ton “Aİ-95” markalı benzin və 956 ton dizel yanacağı göndərib.

DİGƏR XƏBƏRLƏR

Top