Noyabrda Azərbaycana 3 ölkədən 527 milyon dollarlıq qızıl gətirilib


Ötən ilin noyabr ayı ərzində Azərbaycan 3 ölkədən 527 milyon dollar dəyərində 3 min 961 kiloqram qızıl idxal edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, noyabr ayında ABŞ-dən ölkəmizə 2004,84 kiloqram, Avstraliyadan 995,25 kiloqram, Kanadadan isə 960,54 kiloqram qızıl gətirilib.
Məlumat üçün bildirək ki, ABŞ-dən idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 133,1 dollar (226,2 manat), Avstraliyadan 130,2 dollar (221,4 manat), Kanadadan idxal olunan qızılın bir qramının orta gömrük dəyəri isə 135,7 dollar (230,6 manat) olub.
Onu da qeyd edək ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 5 milyard 41 milyon 734,4 min dollar olan 48 min 401,6 kiloqram qızıl gətirilib. İdxal olunan qızılın bir qramının orta gömrük dəyəri isə 104,2 dollar (177,1 manat) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top