“Lamborghini” 2025-ci ildə rekord sayda avtomobil satıb


İtaliyanın lüks avtomobil istehsalçısı “Lamborghini” 2025-ci ildə dünya miqyasında rekord miqdarda avtomobil satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “Lamborghini” keçən il 10 min 747 avtomobil sataraq, bütün dövrlərin ən yüksək göstəricisinə çatıb.
Bu göstərici, həmçinin 2024-cü illə müqayisədə 60 avtomobil çox olub.
Ən çox satılan avtomobillər hibrid “Revuelto” superkarı və hibrid “Urus” krossoveri olub.
Agentliyin məlumatına görə, Avropa, Yaxın Şərq və Afrikada 4 min 650 avtomobil satılıb ki, bunlar satış üzrə aparıcı regionlar olub. Növbəti ən yüksək satış rəqəmləri Amerika (3 347 avtomobil) və Asiya-Sakit Okean regionunda (2 750) qeydə alınıb.
“Lamborghini” şirkətinin baş direktoru Stefan Vinkelmanın sözlərinə görə, satışların artması uğurlu hibrid avtomobil strategiyası və bütün əsas bazarlarda sabit göstəricilərlə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top