
Ötən il pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 550,2 manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,5%-i və ya 300,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,5%-i və ya 249,9 manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508 manat xərcləyib və bu vəsaitin 278,8 manatı (54,9%) ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 229,2 manatı (44,1%) isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz