
Çempionlar Liqasının VII turunun ilk oyun günü baş tutub.
Yeniavaz.com xəbər verir ki, gecənin ən əhəmiyyətli qarşılaşmasında turnir cədvəlinə liderlik edən “Arsenal” “İnter”in qonağı olub və rəqibini 1:3 hesabı ilə məğlub edib.
VII turun ilk günündə baş tutan görüşlər həm də sürprizlərlə yadda qalıb. Belə ki, Çempionlar Liqasının sonuncu qalibi PSJ Portuqaliyada “Sportinq Lissabon”a 2:1 hesabı ilə məğlub olub.
Həmçinin turnirin əsas favoritlərindən hesab olunan, Xosep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” Norveçdə “Budo-Qlimt”ə uduzub – 3:1.
“Real Madrid” isə doğma azarkeşlərin önündə “Monako” ilə qarşılaşıb və rəqibini darmadağın edib – 6:1.
Liqa mərhələsinin VII turu çərçivəsində ötən gün baş tutan görüşlərin nəticələri belə olub:
“İnter” – “Arsenal”: 1:3;
“Real Madrid” – “Monako”: 6:1;
“Sportinq” – PSJ: 2:1;
“Kopenhagen” – “Napoli”: 1:1;
“Olimpiakos” – “Bayer Leverkuzen”: 2:0;
“Tottenhem” – “Borussiya Dortmund”: 2:0;
“Vilyarreal” – “Ayaks”: 1:2;
“Budo-Qlimt” – “Mançester Siti”: 3:1;
“Kayrat Almatı” – “Klub Brügge”: 1:4.
Tətbiqimizi yükləyə bilərsiniz