İlham Əliyev Davosda finlandiyalı həmkarı ilə görüşdü


Prezident İlham Əliyev Davosda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib.


DİGƏR XƏBƏRLƏR

Top