
ABŞ Prezidenti Donald Trampın sosial media hesabında Qrenlandiya ilə bağlı dərc etdiyi foto müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, ABŞ liderinin “Truth” sosial şəbəkəsindəki hesabında dərc olunan fotoda vitse-prezident Ceyms Devid Vens və Dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya Amerika bayrağını sancması əks olunub.
Sözügedən “bayrağın” yanında isə üzərində “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış lövhə var.
Tətbiqimizi yükləyə bilərsiniz