
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası”na qoşulmaq dəvətini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” Yelisey Sarayına istinadən məlumat yayıb.
Nəşr yazır ki, qərar “Sülh Şurası”nın Qəzza zolağının keçid hökumətindən kənara çıxacaq və Birləşmiş Millətlər Təşkilatının strukturunu sarsıdacaq geniş səlahiyyətlərə malik olacağı üçün verilib:
“Fransa dəvəti bu mərhələdə rədd etmək niyyətindədir, çünki təşəbbüs BMT-nin rolunu şübhə altına alır”.
Qeyd olunur ki, şuranın nizamnamə layihəsinə əsasən, təşkilata ömürlük Tramp rəhbərlik edəcək, Qəzzadakı münaqişənin həlli üzərində işə başlayacaq və daha sonra digər münaqişələrin həlli üçün fəaliyyətini genişləndirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz