10 gündür reanimasiyada olan qazi dünyasını dəyişdi


Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıdakı xəstəxanaların birində dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilir ki, o, yanvarın əvvəlində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib və 10 gün əvvəl vəziyyətinin daha da ağırlaşması səbəbilə reanimasiyaya yerləşdirilib.
Əsgər Hüseynov bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunub.
Onun, həmçinin 2016-cı ildə Aprel döyüşlərində də iştirak etdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top