Kabildə güclü partlayış: Ölənlər var – Video


Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Yeniavaz.com
“Times of İndia” nəşrinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış Kabilin Şəhr-e-Nav bölgəsində baş verib, nəticədə bir neçə nəfər ölüb, xeyli sayda insan yaralanıb.
Yerli mənbələrin məlumatına görə, partlayış Çin restoranının qarşısında baş verib.
Bir çox xarici vətəndaşın yaşadığı Şəhr-e-Nav, adətən, Kabilin ən təhlükəsiz rayonlarından biri hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top