
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 88 min 135 körpə dünyaya gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.
Qeyd edək ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1%, qız uşaqlarının xüsusi çəkisi isə 46,9% olub.
Doğulan körpələrdən 2 930-u əkiz, 93-ü isə üçəm olub. Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə doğulan körpələrdən 3 090-ı əkiz, 117-si üçəm, 4-ü isə dördəm olub.
Son 12 ildə doğulan əkiz, üçəm və dördəmlərin sayı belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz