
Ötən ilin yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən çox kredit verən bank “Beynəlxalq Bank” ASC (ABB) olub.
Yeniavaz.com xəbər verir ki, 1 yanvar 2026-cı il tarixinə ABB tərəfindən verilən kreditlərin həcmi 7 milyard 80 milyon manat olub.
ABB tərəfindən verilən kreditlərin həcmi son bir il ərzində 11,5% və ya 729,2 milyon manat artıb.
İkinci sırada 5 milyard 420 milyon manat ilə “Kapital Bank” ASC yer alıb. “Kapital Bank”ın kreditləri son bir ildə 208,8 milyon manat artıb.
Ən az kredit verən bank “Bank Melli İran Bakı filialı” olub. Bu bankın kreditlərinin həcmi cəmi 3,2 milyon manat təşkil edib.
Son bir ildə kreditləri ən çox artan bank “AFB Bank” olub. Bu bankın kreditləri 2025-ci ildə 59,7% artıb. Kreditləri ən çox azalan bank isə “Xalq Bank” olub. “Xalq Bank”ın kreditləri il ərzində 2,1% azalıb.
Ümumilikdə 22 bank arasında yalnız 3 bankın – “Xalq Bank”, “Bank BTB” və “Azər Türk Bank”ın kreditlərində azalma qeydə alınıb.
Cədvəldə bankların son bir ildə kreditlərinin həcmi və artım dinamikası göstərilib:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz