
Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44 min 996 nikah və 18 min 832 boşanma halları qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz