Tramp Putini də Qəzza “Sülh Şurası”na qoşulmağa dəvət etdi


Rusiya Prezidenti Vladimir Putin Qəzza “Sülh Şurası”na qoşulmaq üçün dəvət alıb və bu ehtimal araşdırılır.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin də diplomatik kanallar vasitəsilə bu “Sülh Şurası”na qoşulmaq təklifi alıb. Hazırda bu təklifin bütün detallarını öyrənirik”, - deyə Peskov bildirib.
O, bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqə saxlamağa ümid etdiklərini bildirib.
Qeyd edək ki, şuranın işinə 2025-ci ilin oktyabrında İsrail və HƏMAS tərəfindən Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə razılaşdırılmış sülh planının ikinci mərhələsində başlayacağı gözlənilir.
Xatırladaq ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp özünün sədrlik etdiyi, Qəzza zolağının müharibədən sonrakı idarəçiliyinə nəzarət edəcək “Sülh Şurası”nın yaradıldığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top