
İrandakı iğtişaşlar zamanı 250-dən çox məktəb, 300 məscid və 90 dini təhsil müəssisəsi zərər görüb.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi məlumat verib.
“Hadisələr zamanı 250-dən çox məktəb, eləcə də 300 məscid, 90 dini təhsil müəssisəsi, həmçinin, hüquq-mühafizə orqanlarının 2221 nəqliyyat vasitəsi zərər görüb”, - komitə sədri bildirib.
O, həmçinin, İranda baş verən iğtişaşlarda 3700-dən çox insanın yaralandığını əlavə edib.
Qeyd edək ki, İranda iğtişaşlar dekabrın 29-da İran rialının kəskin şəkildə düşməsi ilə başlayan küçə etirazlarından sonra başlayıb və əksər böyük şəhərlərə yayılıb.
Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib.
Tehran iğtişaşları təşkil etməkdə İsrail və ABŞ-ni günahlandırır.
Tətbiqimizi yükləyə bilərsiniz