“Zootopia 2” “Hollivud” tarixində ən çox gəlir gətirən animasiya oldu


“Zootopia 2” filmi rəsmi olaraq “Hollivud” tarixində ən çox gəlir gətirən animasiya filmi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Walt Disney Co.” şirkəti məlumat yayıb.
Məlumata görə, film dünya miqyasında 1,7 milyard dollardan çox gəlir əldə edərək, 2024-cü ildən bəri davam edən “Inside Out 2” animasiya filminin rekordunu üstələyib.
Belə ki, “Pixar” şirkətinin “Inside Out 2” filmi 2024-cü ildə 1,69 milyard dollar gəlir əldə edərək, rekorda imza atıb.
Dünya tarixində ən çox gəlir əldə edən animasiya filmi isə 2,2 milyard dollar gəlir gətirən Çinin “Nezha Conquers the Dragon King” filmidir. “Zootopia 2” filmi bu siyahıda ikincidir. Üçüncü yerdə isə “Inside Out 2” filmi qərarlaşır.

DİGƏR XƏBƏRLƏR

Top