Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar azalıb


Ötən il Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6% az investisiya yönəldilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,3%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9% azalıb.
İstifadə olunan investisiyanın 10 milyard 972,1 milyon manatı və ya 51,7%-i məhsul istehsalı sahələrinə, 7 milyard 179,6 milyon manatı (33,8%-i) xidmət sahələrinə, 3 milyard 74,4 milyon manatı (14,5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən investisiyaların 17 milyard 23 milyon manatını və ya 80,2%-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 16 min 18,3 milyon manatı və ya 75,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top