
Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun (World Economic Forum – WEF) 19-23 yanvar 2026-cı il tarixlərində İsveçrənin Davos-Klosters şəhərində 56-cı illik toplantısı keçiriləcək.
Yeniavaz.com xəbər verir ki “A Spirit of Dialogue” (“Dialoq Ruhu”) mövzusu altında təşkil olunan toplantı son illərin ən yüksək səviyyəli qlobal yığıncaqlarından biri olacaq.
Forumda 130-dan çox ölkədən təxminən 3 min iştirakçı, o cümlədən 400 yüksək səviyyəli siyasi lider, 65-ə yaxın dövlət və hökumət başçısı, 850-yə yaxın aparıcı şirkətin rəhbəri, o cümlədən 100-ə yaxın texnologiya şirkətinin rəhbəri iştirak edəcək. Bu göstəricilər Davos tarixində rekord səviyyədə hökumət təmsilçiliyi kimi qiymətləndirilir.
Bildirilir ki, qlobal parçalanmanın artdığı, texnoloji dəyişikliklərin sürətləndiyi bir dövrdə “Davos 2026” hökumətlər, biznes və vətəndaş cəmiyyəti arasında dialoq platforması rolunu oynayacaq. Forumun əsas diqqət mərkəzində innovasiya sürəti, süni intellekt, iqtisadi artım, insan kapitalına investisiya və planetar sərhədlər daxilində rifahın qurulması dayanır.
WEF-in Prezidenti və Baş İcraçı Direktoru Borge Brende bildirib ki, qeyri-müəyyənlik dövründə dialoq seçim deyil, zərurətdir.
“Davos 2026” çərçivəsində 200-dən çox sessiya canlı yayımlanacaq və forum ictimaiyyət üçün açıq olacaq.
Rəsmi açıqlamaya əsasən, “Davos 2026”da aşağıdakı dövlət və hökumət başçıları iştirak edəcək:
İlham Əliyev – Azərbaycan Prezidenti;
Donald Tramp – ABŞ Prezidenti;
Mark Karni – Kanada Baş naziri;
Emmanuel Makron – Fransa Prezidenti;
Fridrix Merts – Almaniya Federal Kansleri;
Ursula fon der Lyayen – Avropa Komissiyasının Prezidenti;
He Lifın – Çin Xalq Respublikasının Baş nazirinin müavini;
Xavyer Miley – Argentina Prezidenti;
Prabovo Subianto – İndoneziya Prezidenti;
Pedro Sançes – İspaniya Baş naziri;
Gi Parmelen – İsveçrə Konfederasiyasının Prezidenti;
Vaaqn Xaçaturyan – Ermənistan Prezidenti;
Bart de Vefer – Belçika Baş naziri;
Qustavo Petro – Kolumbiya Prezidenti;
Feliks-Antuan Tşisekedi – Konqo Demokratik Respublikasının Prezidenti;
Daniel Noboa Asin – Ekvador Prezidenti;
Aleksandr Stubb – Finlandiya Prezidenti;
Kiriakos Mitsotakis – Yunanıstan Baş naziri;
Mixel Martin – İrlandiya Baş naziri;
Əziz Axannuş – Mərakeş Hökumət Başçısı;
Daniel Fransisku Şapu – Mozambik Prezidenti;
Dik Sxof – Niderland Baş naziri;
Məhəmməd Şahbaz Şərif – Pakistan Baş naziri;
Məhəmməd Mustafa – Fələstin Milli Administrasiyasının Baş naziri;
Karol Navrotski – Polşa Prezidenti;
Məhəmməd bin Əbdülrəhman Əl Tani – Qətər Baş naziri
Aleksandar Vuçiç – Serbiya Prezidenti;
Tarman Şanmugaratnam – Sinqapur Prezidenti;
İshaq Hersoq – İsrail Prezidenti;
Əhməd əl-Şaraa – Suriya Prezidenti;
Volodimir Zelenski – Ukrayna Prezidenti.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz