
2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6% azalıb, qeyri neft-qaz sektorunda isə 2,7% artıb.
ÜDM istehsalının 33%-i sənaye, 11,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i tikinti, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1%-i informasiya və rabitə sahələrinin, 21,7%-i digər sahələrin payına düşüb.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 602,2 manata (ayda 1 050,2 manat) bərabər olub. Müqayisə üçün bildirək ki, 2024-cü ildə əhalinin hər nəfərinə düşən ÜDM 12 min 382,5 manat təşkil edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz