Avropa Parlamenti Aİ və ABŞ arasında ticarət sazişini təsdiq etməyəcək


Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Aİ-ABŞ ticarət sazişinin planlaşdırılan ratifikasiyasını dayandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AP-nin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının (AXP) rəhbəri, alman millət vəkili Manfred Veber ZDF telekanalına müsahibəsində bildirib.
O, transatlantik ticarət sazişinin bu mərhələdə təsdiqlənməsinin mümkün olmadığını bildirib.
“Dünən gecə verdiyimiz ilk qərar, Avropa və ABŞ arasında ötən yay imzalanmış müqavilənin ratifikasiyasının dayandırılmasıdır. Bu o deməkdir ki, Donald Tramp Amerika məhsullarına Aİ-nin daxili bazarına rüsumsuz giriş imkanı verməyəcək”, - deyə Veber bildirib.
O, əlavə edib ki, ratifikasiyanın dayandırılması Vaşinqtona ilk siqnaldır.
Qeyd edək ki, saziş, Aİ-nin ABŞ ixracına tətbiq edilən rüsumlardan azad edilməsi müqabilində Aİ idxalına 15% ABŞ tarifləri tətbiq etməli idi. “Politico”ya görə, Avropa Parlamentinin 26 yanvarda ABŞ sənaye mallarına tətbiq edilən tariflərin ləğvi ilə bağlı səsvermə keçirməsi gözlənilirdi. İndi üzvlər müqaviləni dondurmaq tələblərini 21 yanvarda təsdiqləyə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top