Seneqal çempion oldu, prezident ölkədə istirahət günü elan etdi


Seneqal Prezidenti Bassiru Diomaye Faye 19 yanvar 2026-cı il bazar ertəsi gününü ölkədə istirahət günü elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Stanis Tşiamala “RTS 1” telekanalına istinadən bildirib.
Onun sözlərinə görə, bu, Seneqalın Afrika Millətlər Kubokunu qazanması ilə bağlıdır.
Qeyd edək ki, Seneqal Afrika Millətlər Kubokunun final matçında əlavə vaxtda vurulan qolla Mərakeşi 1-0 hesabı ilə məğlub edib. Həlledici qolu 94-cü dəqiqədə Pape Qeye vurub. Bununla da, Seneqal ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi olub.
Xatırladaq ki, dörd il əvvəl komanda Misiri penaltilərdə məğlub edərək (4-2) bu titula sahib olmuş, o vaxt da prezident Bassiru Diomaye Faye qələbənin şərəfinə istirahət günü elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top