
Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyaya başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat dərc olunub.
“İspaniyanın Kordova şəhərində baş verən və çoxsaylı insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərin kədərləndirdi. Həlak olanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz