“Kral Şir”in rejissoru dünyasını dəyişdi


1994-cü ilin məşhur “Kral Şir” (“The Lion King”) animasiya filminin rejissoru kimi tanınan, “Oskar” və “Toni” mükafatlarına namizəd göstərilmiş Rocer Allers dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, “Disney Animation” studiyasının sözçüsünün “The Hollywood Reporter”a verdiyi məlumata görə, Allers qısa sürən xəstəlikdən sonra 76 yaçında Santa Monikadakı evində qəflətən dünyasını dəyişib.
29 iyun 1949-cu ildə Nyu-York ştatının Ray şəhərində anadan olan Allers, gənc yaşlarında animasiyaya həvəs göstərib və Arizona Dövlət Universitetində təsviri incəsənət üzrə təhsil alıb.
O, rejissor debütünü “Walt Disney Animation Studios” üçün həmkarı Rob Minkoff ilə birlikdə ərsəyə gətirdiyi “Kral Şir” animasiya filmi ilə edib. Film böyük kassa uğuru qazanaraq, ilkin nümayişi zamanı dünya üzrə (inflyasiya nəzərə alınmadan) təxminən 979 milyon dollar gəlir əldə edib və 1994-cü ilin ən çox gəlir gətirən filmi olub.

DİGƏR XƏBƏRLƏR

Top