İspaniyada yüksək sürətli qatarlar toqquşdu – Xeyli sayda ölü və yaralı var


İspaniyanın cənubunda yüksək sürətli qatarların iştirakı ilə qəza baş verib.
Yeniavaz.com
xəbər verir ki, dəmir yolu şəbəkəsi operatorunun yaydığı məlumata görə, hadisə Kordova şəhəri yaxınlığında baş verib.
Belə ki, Malaqadan Madridə gedən yüksək sürətli qatar relsdən çıxaraq, qarşıdan gələn və Madriddən Uelvaya gedən qatarla toqquşub.
Bildirilir ki, qəza nəticəsində ən azı 21 nəfər həlak olub. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Əndəlüs təcili yardım xidmətləri toqquşma nəticəsində ümumilikdə ən azı 73 nəfərin yaralandığını bildiriblər.
İspaniyanın nəqliyyat naziri Oskar Puente bildirib ki, 30-dan çox insanın vəziyyəti ağırdır.

DİGƏR XƏBƏRLƏR

Top