Seneqal Afrika Millətlər Kubokunun qalibi oldu – Video


Seneqal millisi Mərakeşdə keçirilən futbol üzrə Afrika Millətlər Kuboku turnirinin qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, paytaxt Rabatda keçirilən finalda seneqallılar Mərakeş komandasını əlavə vaxtda 1-0 hesabı ilə məğlub ediblər.
“Real Madrid”in hücumçusu Brahim Diaz ikinci hissəyə əlavə olunmuş vaxtın 14-cü dəqiqəsində Seneqalın qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Oyunun əsas hissəsi heç-heçə (0:0) ilə başa çatıb və əlavə olunmuş vaxt oynanılıb. 94-cü dəqiqədə İspaniyanın “Vilyarreal” klubunun 26 yaşlı yarımmüdafiəçisi Pape Guye fərqlənib və ölkəsinə kuboku qazandırıb.
Qeyd edək ki, Seneqal bu titulu ikinci dəfə qazanıb. Onlar 2021-ci ildə Kamerunda keçirilən Afrika Millətlər Kubokunun da qalibi olmuşdular.

DİGƏR XƏBƏRLƏR

Top