
Ötən ilin ilk 10 ayında Azərbaycana 109 min 655 tondan çox kartof idxal olunub.
Yeniavaz.com xəbər verir ki, bu dövrdə idxal olunan kartofun ümumi gömrük dəyəri 39 milyon 662 min dollar təşkil edib.
Qeyd edək ki, idxal edilən kartofun 1 kiloqramının orta gömrük dəyəri 36,2 sent və ya 62 qəpik olub.
Kartof idxalı əsasən Türkiyə, Gürcüstan, Pakistan və Rusiya kimi ölkələrin payına düşüb.
Ölkələr üzrə kartof idxalı və orta gömrük dəyəri aşağıdakı kimi olub:
Belarus – 144,76 ton (1 kiloqramın orta gömrük dəyəri 60 qəpik);
Qazaxıstan – 42,66 ton (47 qəpik);
Qırğızıstan – 128,09 ton (53 qəpik);
Rusiya – 10 241,89 ton (64 qəpik);
Gürcüstan – 19 585,45 ton (59 qəpik);
İran – 5 887,93 ton (56 qəpik);
Misir – 1 169,13 ton (1 manat 28 qəpik);
Pakistan – 16 592,45 ton (73 qəpik);
Suriya – 1 265,58 ton (1 manat 7 qəpik);
Türkiyə – 54 597,49 ton (56 qəpik).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz