
“Associated Press” (AP) agentliyinin əldə etdiyi sənədlər göstərir ki, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez illərdir ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) diqqət mərkəzindədir və orada “önəmli narkotik təsiri olan şəxslər” kateqoriyasına daxil edilərək prioritet hədəf elan olunub.
Yeniavaz.com xəbər verir ki, sənədlərə görə, Rodrigez haqqında DEA tərəfindən ən azı 2018-ci ildən etibarən ətraflı kəşfiyyat faylları hazırlanıb və onun narkotik ticarəti və çirkli pulların yuyulması ilə bağlı mümkün əlaqələri araşdırılıb. 2022-ci ildə ABŞ administrasiyası onu xüsusi diqqət obyektinə çevirib.
Mənbələr DEA araşdırmalarının onun adı ilə təxminən onlarla iş əhatə etdiyini bildirib, lakin bu araşdırmaların konkret təfərrüatları hələ ictimaiyyətə açıqlanmayıb.
Rodrigezin özünü ABŞ tərəfindən rəsmi ittiham olunmadığı vurğulanır, belə ki, hələ federal məhkəmə səviyyəsində narkotik ticarəti üzrə rəsmi iddialar irəli sürülməyib. Bununla belə, məxfi mənbələrə görə, 2021-ci ildə o, Karib dənizindəki bir kurortdakı otellərdən çirkli pulların yuyulmasında istifadə edilməsi məsələsində adı keçib və bu, DEA sənədlərində əksini tapıb.
Bundan başqa, Rodrigesin keçmiş Venesuela prezidenti Nikolas Maduro ilə yaxın əlaqəli kolumbiyalı iş adamı Aleks Saabla əlaqələndirildiyi bildirilib. Saab keçmişdə ABŞ tərəfindən çirkli pulların yuyulması və korrupsiya ittihamları ilə həbs edilib.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ xüsusi təyinatlıları Venesuelanın paytaxtı Karakasda “Mütləq Qətiyyət” adlı əməliyyat keçirib və Nikolas Maduro ilə onun həyat yoldaşını həbs edərək ABŞ-yə aparıblar. Maduro ABŞ ədliyyəsi tərəfindən uzun müddətdir narkotik qaçaqmalçılığı və əlaqədar cinayətlərdə ittiham olunur və bu ittihamlar narkotiklərin ABŞ-yə daşınması və ölkədə narkotik probleminə səbəb olmaq kimi iddiaları əhatə edir.
Tətbiqimizi yükləyə bilərsiniz