
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağan qarın hündürlüyü Şahbuzda 40, Sarıbaşda (Qax) 27, Qubada 16, Kişçayda (Şəki) 15, Kəlbəcər və Qusarda 11, Şamaxıda 10, Laçın və Qubadlıda 9, Xızı və Şahdağda 8, Şuşada 5, Qobustanda 3, Qəbələ, Ceyrançöl, Gədəbəy, Xankəndi və Tovuzda 2, Gəncə, Şəmkir və Şabranda 1 sm-dir.
“Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Sabirabadda 6, Kürdəmirdə 4, Lerik və Ağdamda 3, Zərdab, Yevlax, Neftçala, Xaçmaz, Xaltan, Mingəçevir, Biləsuvarda 2, Göyçay, Cəlilabad, İmişli, Beyləqan, Tərtər, Naftalan, İsmayıllı, Bərdə, Balakən, Xocalı, Füzuli, Cəbrayıl, Yardımlı, Goranboyda 1 mm-dir.
Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şəmkir, Qobustan, Zaqatala, Quba, Xaltan, Qusar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturuna gəldikdə isə, Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz