
İranın ali lideri Ayətullah Əli Xamenei ilk dəfə olaraq son etirazlar zamanı minlərlə insanın öldürüldüyünü açıq şəkildə etiraf edib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, o bu barədə şənbə günü etdiyi çıxışı zamanı danışıb.
“İsrail və ABŞ ilə əlaqəli olanlar böyük ziyana və bir neçə min nəfərin ölümünə səbəb olublar. Biz ABŞ prezidentini İran xalqına vurduğu itkilərə, ziyana və böhtana görə cinayətkar hesab edirik”, - Xamenei bildirib.
Qeyd edək ki, İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, iğtişaşlara qarşı zorakı reaksiya 3090 nəfərin həyatına son qoyub. Bəzi fəal qruplar ölənlərin sayını daha yüksək hesab edirlər.
Bildirilir ki, internetin kəsilməsi dəqiq məlumat əldə etməyi olduqca çətinləşdirib.
Tətbiqimizi yükləyə bilərsiniz