Tramp Qrenlandiyaya görə Avropa ölkələrinə 10% tarif tətbiq etdi


ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir neçə Avropa ölkəsinə 10% tarif tətbiq olunacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısl sosial şəbələ hesabında paylaşım edib.
“Fevral 1-dən etibarən yuxarıda adı çəkilən bütün ölkələr (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Niderland və Finlandiya) ABŞ-yə göndərilən bütün mallara 10% tarif ödəyəcəklər”, - Tramp yazıb.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Qrenlandiyanın alınması ilə bağlı razılaşma əldə olunana qədər Danimarka, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrə qarşı tariflər qüvvədə qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top