
“OpenAI” “ChatGPT”də reklamın istifadəyə verildiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ-də pulsuz versiyanın və “ChatGPT Go” planının (ayda 8 dollar) istifadəçiləri üçün reklam sınaqları yaxın həftələrdə başlayacaq.
Bildirilib ki, “Plus”, “Pro”, “Business” və “Enterprise” abunəçiləri reklam görməyəcəklər.
Qeyd edilib ki, söhbətin konteksti məhsul və ya xidmətlə əlaqəli olduqda, reklamlar “ChatGPT” cavablarının altında görünəcək.
“OpenAI” reklamın neyron şəbəkəsinin cavablarının məzmununa təsir etməyəcəyini vurğulayır:
“Cavablar sizin üçün ən faydalı olana əsasən optimallaşdırılır. Reklamlar həmişə qeyd ediləcək və aydın şəkildə bildiriləcək”.
Şirkət həmçinin istifadəçi məlumatlarını reklamçılara satmayacağına və yetkinlik yaşına çatmayanlara və ya sağlamlıq, əqli sağlamlıq və ya siyasət kimi həssas mövzular ətrafında reklamlar göstərməyəcəyinə söz verir.
Tətbiqimizi yükləyə bilərsiniz