Hikmət Rəhimovun cəzaya səbəb olan serialının yayımı dayandırıldı


Tanınmış aktyor və rejissor Hikmət Rəhimovun quruluş verdiyi və eyni zamanda baş rolu canlandırdığı “Səkkiz” serialının yayımı dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Park Cinema”nın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, “Səkkiz” çoxseriyalı bədii filminin “Park Cinema”da nümayişləri dayandırılıb.
Həmçinin, aktyor məsələyə münasibət bildirib:
“Serialın yayımını həm yutub, həm televiziyada dayandırmağı heç cür anlaya bilmirəm. Ümid edirəm, həm bizə, həm tamaşaçıların istəyinə hörmətlə yanaşıb, üzümüzə gələn həftə serialın yayımının bərpasına qərar verərlər. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm. Hamı maraqla gözləyir, hətta aidiyyatı qurumlar belə serialı maraqla izləyir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Audiovizual Şura serialın ilk bölümündə qeyri-etik ifadələr işlədildiyi üçün ARB kanalını cəzalandıraraq, kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top